Bakıda Xoreoqrafiya Akademiyası yaradılır - SƏRƏNCAM

Bakıda Xoreoqrafiya Akademiyası yaradılır - SƏRƏNCAM
  01 May 2014    Oxunub:1155
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılsın.

Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu sərəncamda qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Teqlər:  





Xəbər lenti