Polkovnik Rüfət Əmirov hərbi xidmətə bərpa olundu

Polkovnik Rüfət Əmirov hərbi xidmətə bərpa olundu
  01 May 2014    Oxunub:1244
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Rüfət Əmirov ehtiyatdan təkrar hərbi xidmətə çağırılıb.

AzVision.az APA-ya istinadən xəbər veir ki, polkovnik Rüfət Əmirov hazırda əvvəlki vəzifəsini hərbi rütbədə davam etdirir.

Qeyd edək ki, polkovnik rütbəsində Silahlı Qüvvələrdən ehtiyata buraxılan Rüfət Əmirov uzun müddət mülki şəxs kimi Azərbaycan Hərb Tarixi Muzeyinə rəhbərlik edib. Muzeyin təşkilində mühüm rol oynayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən R. Əmirovun ehtiyatdan hərbi xidmətə çağırılması faktını təsdiqləyiblər.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələr tutmuş R. Əmirovun iştirakı ilə bir sıra uğurlu hücum əməliyyatları hazırlanıb, planlaşdırılaraq həyata keçirilib.

O, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edib.


Teqlər:  





Xəbər lenti