Metroda problem - sərnişinlər təxliyə edildi

Metroda problem - sərnişinlər təxliyə edildi
  01 May 2014    Oxunub:1425
Bu gün səhər saatlarında Bakı Metropolitenində yaranan sıxlığın səbəbi məlum olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yaranan sıxlığın səbəbi “Həzi Aslanov”dan “Dərnəgül” istiqamətində hərəkət edən qatardakı problemdir.

Həmin nasazlığa görə sərnişinlər qatardan təxliyə edilib və qatar depoya göndərilib.

Mətbuat xidmətindən onu da əlavə ediblər ki, qatarların hərəkətində ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib.

Sevinc



Teqlər:  



Xəbər lenti