“Bu, qadına yaraşan söhbət deyil” – Rəisdən Leyla Yunusa

“Bu, qadına yaraşan söhbət deyil” – Rəisdən Leyla Yunusa
  01 May 2014    Oxunub:1706
Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov hüquq müdafiəçisi Leyla Yunusun “polislər mənimlə tualetə girib” çıxışı ilə bağlı Yeni Müsavat”a açıqlama verib.
Rəis bildirib ki, əks cinsdən olan polisin qadının ardınca tualetə girməsi qeyri-mümkün olan şeydir:

- Buna nə ehtiyac var axı? Polis ora girməyib. Polisin ora yığışmağı, ora qadın polislərin getməsi... mən nə bilim ki, Leyla Yunus orada olacaq ya yox? Mənə məruzə olundu ki, ora mətbuat nümayəndələri yığışıb, mən də narahat oldum ki, mətbuat nümayəndələri ora elə-belə yığışmaz. Sonra bildik ki, prokurorluğun əməkdaşları ora baxış keçirir, o da etiraz edir, şou düzəldir, provokasiya düzəldir. Siz isə onun hərəkətlərindən yazmırsız. Polis onu orada sakitliyə çağırır. O isə provokasiya ilə məşğul olur. Polis blokun giriş qapısında dayanıb. Polisin ora girməsi absurd məsələdir. Biz ora qadın əməkdaş dəvət etməmişik. Çünki baxış səhər saat 6-da olub. Mən nə bilim ki, o orada nə oyun çıxaracaq, mən ora qadın əməkdaş dəvət edim. Yoxsa qadın əməkdaş çağırmağa nə var idi ki ora?

İ.Əsədov bildirib ki, Leyla Yunus bu çıxışı ilə şou düzəldir: “Sanuzel” deyirsən, bizim polis ora gedib girməz! Buna ehtiyac da yoxdur. Polis girişin yanında dayanıb. O, şou düzəldir, deyir ki, gəlib yanıma girdi. Bu qadına yaraşan söhbətdi ki, onu efirdə deyir ki, mən orada belə elədim, o da belə etdi? Onun qolunda qandal da yox idi ki, polis də onunla ora girsin. O, orada oyana gedirdi, bu yana gəlirdi. O, şou düzəldir.”


Teqlər:  



Xəbər lenti