Azərbaycanda “bomjlar”a xüsusi xidmət göstəriləcək

Azərbaycanda “bomjlar”a xüsusi xidmət göstəriləcək
  01 May 2014    Oxunub:2736
Azərbaycanda kimsəsiz şəxslərə xüsusi xidmətlər göstəriləcək
AzVision.az-ın məlumatına görə, bu Baş nazir Artur Rasizadənin imzaladığı "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi" qərarında təsdiq edilib.

Həmin sənədə əsasən, müəyyən yaşayış yeri olmayan şəxslər üçün bir neçə sosial-məişət xidməti göstəriləcək. Onlar dietik yeməklər də daxil olmaqla, isti yeməklərlə, müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin ediləcəklər.

Həmin şəxslərin yataq və geyim əşyaları yuyulacaq, ütülənəcək.
Müəyyən yaşayış yeri olmayan şəxslər üçün tibbi müayinə aparılacaq, onlara ilkin tibbi yardım göstəriləcək. Belə insanların şəxsi gigiyena və sanitariya qaydalarına əməl etməsi də təmin ediləcək.

Bütün bu xidmətlər 3 ay ərzində göstəriləcək.


Teqlər:  



Xəbər lenti