Dərsə getməyənlər sinifdə qalacaq - Nazirlik

Dərsə getməyənlər sinifdə qalacaq - Nazirlik
  01 May 2014    Oxunub:1379
Azərbaycanda şagirdlərin sinifdən-sinifə keçirilməsi ilə bağlı qaydalar tərtib olunub və nazir tərəfindən imzalanıb.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib, yeni qaydalara əsasən orta ümumtəhsil məktəblərində 4 və daha artıq fənndən illik qeyri-kafi qiymət alan və dərslərə gəlmədiyinə görə biliyi qiymətləndirilməyən 5, 8, 10-cu sinif şagirdlər sinifdə qalacaq.

C.Valehov qeyd edib ki, bundan başqa 1 və 3 fənndən qeyri-kafi qiymət alanlara yay tapşrığı verilir və imtahan verəndən sonra növbəti təhsil pilləsinə keçə bilər. Yay tapşırığından qeyri-kafi qiymət alan şagird sinifdə qalacaq.

Şagirdlərin sinifdən-sinifə keçməsində daha bir qayda isə budur ki, 1-ci yarımildə kafi, ikinci yarımildə qeyri-kafi qiymət alan şagirdə illik müsbət qiymət çıxarıla bilməz. Məsələn, 1-ci yarımildə 4, ikincidə 2 alıbsa ona sonda müsbət qiymət çıxarıla bilməz.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti