Delimitasiya komissiyalarının görüş tarixi açıqlandı

   Delimitasiya komissiyalarının görüş tarixi açıqlandı
  25 Avqust 2022    Oxunub:1903
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.

Vurğulanıb ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər.

Qeyd edək ki, daha əvvəl görüşün Moskvada keçiriləcəyi barədə məlumat verilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti