İlham Əliyev Ağdaşda açılışlar etdi

İlham Əliyev Ağdaşda açılışlar etdi
  01 May 2014    Oxunub:1040
İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev ğdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verildi ki, binanın inşasına 2012-ci ilin avqustunda başlanılmış və bu ilin aprelində başa çatdırılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb. Binanın interyeri zövqlə tərtib olunmuşdur. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisində fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə Ümummilli Liderin və Prezident İlham Əliyevin Ağdaş rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər var.
Azərbaycan Prezidenti otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Eyni zamanda prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılıb. İşlərin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Bina müasir inventar və avadanlıqla təchiz edilib.

Binanın foyesində ulu öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşələr vardır. Müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı da yaradılıb. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.

Hazırda YAP Ağdaş rayon təşkilatının 16 min nəfər üzvü vardır. Onların 51 faizini qadınlar, 43 faizini gənclər təşkil edir.

Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti