Gülər Əhmədova da nurçulardan danışdı

Gülər Əhmədova da nurçulardan danışdı
  01 May 2014    Oxunub:1040
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib.
Sabiq millət vəkili bu günki prosesdə ifadə verib.

G.Əhmədova nurçular məsələsi ilə bağlı gündəmə gələnlərdən danışıb. "Bu gün bəziləri nurçular məsələsi və elə-belə məsələrlə gündəmə gəlirlər. Mən dövlətimə və prezidentimə sadiqəm. Ölkəmdən heç kimə şikayət etmirəm. Hətta güllələnsəm belə əqidəmdən dönməyəcəm".

Məhkəmə istintaqı tamamlandı və proses saat 14:30-da davam etdiriləcək.

Qeyd edək ki, ötən gün Gülər Əhmədovanın vəkillərinin ikisi məhkəməyə gəlmədiyi üçün prosses təxirə salınıb.
Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.(anspress)




Teqlər:  



Xəbər lenti