Nurçuların məktəbindən nazirliklə bağlı AÇIQLAMA

Nurçuların məktəbindən nazirliklə bağlı AÇIQLAMA
  01 May 2014    Oxunub:1088
Çağ Öyrətim İşlətmələri şirkəti Vergilər Nazirliyini məhkəməyə verməsi ilə bağlı açıqlama yayıb.
Şirkətdən AzVision.az-a açıqlamasında bildirib ki, Çağ Öyrətim İşlətmələri MMM-in daxil olduğu hüquq münasibətlərində hər bir hüquqi və ya fiziki şəxs kimi ortaya çıxan fikir ayrılıqlarını məhkəmə vasitəsi ilə aradan qaldırmaq hüququ var.

“Bir sıra internet xəbər portallarında Çağ Öyrətim İşlətmələri MMM-in
Vergilər Nazirliyini məhkəməyə verməsi barədə xəbər yayılıb. Azərbaycan Respublikası Konstitusiyasına, qanunvericiliyinə və nizamnaməsinə əsasən fəaliyyət göstərən Çağ Öyrətim İşlətmələri MMM-in daxil olduğu hüquq münasibətlərində hər bir hüquqi və ya fiziki şəxs kimi ortaya çıxan fikir ayrılıqlarını məhkəmə vasitəsi ilə aradan qaldırmaq hüququ vardır.

Təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar olaraq qanunda nəzərdə tutulan “təhsil müəssisələri” anlayışının hazırlıq kurslarına aid edilib-edilməməsinin məhkəmə vasitəsi ilə aydınlaşdırılması hüququndan istifadə etməsini başqa cür ifadə etmək, ictimailəşdirmək və təhlükə kimi göstərmək, hər bir kiçik məsələni böyüdərək gündəm formalaşdırma cəhdlərinin uzun müddətdir başlanmış bir kompaniyanın tərkib hissəsi olduğunu ictimaiyyətin diqqətinə hörmətlə çatdırırıq”.

AzVision.az


Teqlər:  



Xəbər lenti