Magistraturaya plan yeri azalıb - TQDK

Magistraturaya plan yeri azalıb - TQDK
  01 May 2014    Oxunub:1051
Bu gündən magistraturaya proqramı seçimi başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında məlumat verib. O vurğulayıb ki, proqram seçimi mayın 5-ə qədər davam edəcək.

Proqram seçimi ona görə aparılır ki, bakalavrların hansı imtahanı verəcəyini müəyyən etmək mümkün olsun: “Çünki biz də imtahanı hazırlamalıyıq. Onun üçün bakalavr ərizəsinə daxil olub seçmək lazımdır. Proqram seçimi olmasa bakalavrlar imtahana buraxılmayacaq”.

M.Abbaszadə bildirib ki, bu ilki magsitratura pilləsinə qəbul planında qiyabi təhsil yoxdur:

“Plan yerlərinin sayı ötən illə müqayisədə 5% azalıb. Keçən il 6964 nəfər plan yeri var idi, amma 5500 nəfər qəbul olunmuşdu. Bu ilki plan yeri isə 6565 yer müəyyən olunub.

Qeyd edək ki, magistr imtahanının ikinci mərhələsi mayın 12-də olacaq.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti