Buraxılış və qəbul imtahanının vaxtı açıqlandı

Buraxılış və qəbul imtahanının vaxtı açıqlandı
  01 May 2014    Oxunub:1162
TQDK buraxılış və qəbul imtahanlarının vaxtını açıqlayıb.
AzVision.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də, 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da keçiriləcək.

Bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də keçiriləcək.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti