Milli Məclis sabah toplanır- 12 məsələyə baxılacaq

Milli Məclis sabah toplanır- 12 məsələyə baxılacaq
  01 May 2014    Oxunub:1007
Sabah Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib:

İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, Yaşıllıqların mühafizəsi haqqında”, “Dövlət reyestri haqqında” qanunlara dəyişikliklər və bir sıra digər məsələlər müzakirəyə çıxarılacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti