Mübariz Mənsimovdan Azərbaycana töhfə

Mübariz Mənsimovdan Azərbaycana töhfə
  01 May 2014    Oxunub:921
"Palmali" şirkətlər qrupu bu gün Türkiyənin Yalova şəhərindəki tərsanədən "Şövkət Ələkbərova" tankerini suya buraxıb.

Şirkətdən trend-ə verilən məlumata görə, RST22M layihəli tankerin yükgötürmə qabiliyyəti 7 min ton təşkil edir.

"Palmali" şirkətlər qrupunun sahibi olan azərbaycanlı biznesmen Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Azərbaycanın görkəmli müğənnisi, Azərbaycan SSR-nin xalq artisti Şövkət Ələkbərovanın adı verilib.

Qeyd edək ki, RST22M layihəli gəmilərin uzunluq qabariti 139,95 metr, gəminin eni 16,6 metr, göyərtənin hündürlüyü isə 6 metrdir. Bu gəmilər "Volqo-Don maks" sinfinə aiddir. Gəmilər bitki yağlarının daşınması üçün beynəlxalq tələblərə tam uyğundur.


Teqlər:  





Xəbər lenti