Mərkəzi Bankdan jurnalistlər üçün müsabiqə

Mərkəzi Bankdan jurnalistlər üçün müsabiqə
  01 May 2014    Oxunub:922
Mərkəzi Bank jurnalistlər arasında “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda ən yaxşı məqalə müsabiqəsini elan edir.
Mərkəzi Bankdan AzVision.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsinin məqsədi kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin nağdsız ödənişlərin üstünlüklərinin daha aktiv təbliğ edilməsinə, bu istiqamətdə həyata keçirilən tədbirlərin ictimaiyyətin daha geniş məlumatlandırılmasına cəlb edilməsidir.

Müsabiqəyə 2014-cü ilin may-oktyabr ayları ərzində mərkəzi və regional elektron və çap KİV-də müsabiqənin mövzusuna uyğun nəşr olunmuş yazılar qəbul olunur. Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 500, 300, 150 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar təqdim olunacaqdır.

Məqalələr 10 noyabr 2014-ci il saat 18.00-dək, Mərkəzi Banka şəxsən təqdim edilməli və ya elektron formada [email protected] ünvanına göndərilməlidir.

Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar Mərkəzi Bankın rəsmi internet səhifəsində (https://azvision.az/redirect.php?url=http://www.cbar.az) yerləşdirilmişdir.


Teqlər:





Xəbər lenti