Azərbaycanda aktrisa və körpəsi öldü

Azərbaycanda aktrisa və körpəsi öldü
  01 May 2014    Oxunub:1011
Yevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ana və körpəsi ölüb.

AzVision.az EL TV-yə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova 3-cü övladını dünyaya gətirmək üçün həmin xəstəxanaya gətirilib. Xəstə qəbul edilərkən, vəziyyəti orta ağır olub.

Dünyaya gələn oğlan uşağı ölü olub. Bundan sonra ananın vəziyyəti pisləşib.
Həkimlərin səyinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.
Yevlax rayon prokurorluğundan verilən məlumata görə, fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti