Fransız senator Ceyms Uorliki qınadı

Fransız senator Ceyms Uorliki qınadı
  01 May 2014    Oxunub:987
Fransalı senator, Fransa-Qafqaz Dostluq Qrupu sədrinin müavini Natali Qule Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Ceyms Uorliklə bağlı fikirlərinə dəstək verib.
AzVision.az-ın məlumatına görə, fransız senator PA rəsmisinin “Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini Twitter-də həll etmək istəyir”-deyə verdiyi mesajı alqışlayıb.

Həmsədrlərin iradəsizliyini tənqid edən senator ötən gün Vaşinqtonda keçirilən tədbirdə bununla bağlı bəyanat verdiyini deyib.

“Mən dünən Vaşinqton dairəsində keçirilən ABŞ-Azərbaycan görüşündə Dağlıq Qarabağ və həmçinin ATƏT-in Minsk Qrupunun iradəsizliyi barədə qəti bəyanatla çıxış etmişəm”-deyə fransız senator twitter səhifəsində fikir bildirib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti