Fransa jurnalisti Azərbaycandan deportasiya edildi

Fransa jurnalisti Azərbaycandan deportasiya edildi
  02 May 2014    Oxunub:943
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın “I- TeLe” televiziya kanalının Moskva bürosunun müxbiri İrina Voloşinanın ölkədən çıxarılması barədə şərh verib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Voloşinanın akkreditasiya üçün Xarici İşlər Nazirliyinə müraciət etmədiyini bildirib.

"Ölkəmizdə fəaliyyətə başlamazdan əvvəl xarici jurnalistlər sorğu ilə bizə fəaliyyətləri barədə məlumat verib Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olmalıdır. Xanım İrina Voloşina bu haqda bizə muraciət etməyib" – deyə Elman Abdullayev bildirib.

Bu gün “I- TeLe” televiziya kanalının Moskva bürosunun müxbiri İrina Voloşina Bakıdan deportasiya edilib. O, hüquq müdafiəçisi Leyla Yunusla bağlı televiziyaya reportaj hazırlamaq üçün Moskvadan bu gün səhər Bakıya gəlmişdi. Jurnalist sərhəd nəzarəti məntəsindən buraxılmayaraq geri qaytarılıb.

Voloşina saat 10.00 radələrində Moskvaya geri göndərilib.

Qeyd edək ki, Voloşina Fransa vətəndaşıdır.


Teqlər:





Xəbər lenti