Elmar Məmmədyarov Səudiyyəli qonaqları qəbul etdi

Elmar Məmmədyarov Səudiyyəli qonaqları qəbul etdi
  02 May 2014    Oxunub:885
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib.
Mayın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Yusif bin Tarrad Əl-Sədanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu bildirmiş, iqtisadiyyat, sərmayələr və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıb.

Yusif bin Tarrad Əl-Səda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə may ayında Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Forumunun çoxtərəfli və ikitərəfli əsasda ölkələrimiz arasında əlaqələrin inkişafına əlavə təkan verəcəyini qeyd edib.

Elmar Məmmədyarov İqtisadiyyat və Sənaye Nazirliyinin də nümayəndəsi daxil olmaqla rəhbərlik edəcəyi nümayəndə heyətinin Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Forumunda iştirak edəcəyini söyləmişdir.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti