Hərbiçilərimiz beynəlxalq tədbirlərə gedir

Hərbiçilərimiz beynəlxalq tədbirlərə gedir
  02 May 2014    Oxunub:826
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVsion.az-a verilən məlumata görə, mayın 4-dən 10-dək Brügge şəhərində (Belçika) "Əməliyyat uğurunun əldə edilməsi məqsədilə effektiv tərəfdaşlığın formalaşdırılması" mövzusunda konfrans, mayın 5-dən 8-dək Minsk şəhərində (Belarus) "Böhranlara cavab əməliyyatlarında tibbi dəstək" mövzusunda mobil təlim qrupu təlimi, mayın 5-dən 9-dək Xaniya şəhərində (Yunanıstan) Dənizdə qadağa əməliyyatlarında birgə fəaliyyət kursu, mayın 5-dən 9-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq" kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən mayın 5-dən 30-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti