Müdafiə Nazirliyi dövlət komitəsini məhkəməyə verdi - ÖZƏL

Müdafiə Nazirliyi dövlət komitəsini məhkəməyə verdi - ÖZƏL
  02 May 2014    Oxunub:1027
Müdafiə Nazirliyi (MR) Əmlak Məsələləri üzrə Dövlət Komitəsini məhkəməyə verib.

1 saylı Bakı İqtisad Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, nazirliyin dövlət komitəsini məhkəməyə verməsinin səbəbi torpaq iddiası ilə bağlıdır.

Belə ki, MR dövlət komitəsindən tələb edir ki, nazirliyə məxsus torpaq sahəsi geri qaytarılsın.

Məhkəmə prosesinin ilk hazırlıq iclası hakim Müseyib Bayramovun sədrliyi ilə aprelin 29-də keçirilib.



Dövlət qurumları arasında məhkəmə çəkişməsinin təfərrüatlarını dəqiqləşdirməyə çalışacağıq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti