Leyla Yunusun sayğısızlığı - VİDEO

Leyla Yunusun sayğısızlığı - VİDEO
  02 May 2014    Oxunub:1071
Son iki gündə Azərbaycan mediasının gündəmini zəbt etmiş hüquq müdafiəçisi Leyla Yunusla bağlı hər gün yeni informasiya gəlir.

ANS TV-nin məlumatına görə, xanım Yunus dünən “Azadlıq Radiosu"na açıqlamasında saxlanılan və dindirilən zaman bəzi hüquqlarının kobud sürətdə pozulduğunu dilə gətirib.

Bu gün xanım Yunusla əlaqə saxlayıb təfərrüatları öyrənməyə çalışsaq da hələlik o, mediyadan kənar gəzir. Onu da deyək ki, həyat yoldaşı Arif Yunus bu dəqiqə 1 saylı Şəhər Klinik Xəstəxanasının kardiologiya şöbəsində müalicə alır. Respublika Baş Prokurorluğunun mətbuat xidməti isə Leyla Yunusun irəli sürdüyü ittihamları absurd adlandırır.

Leyla Yunusun saxlanılma prosesi bir sıra mübahisələrlə müşayiət olunur. Həm iqtidar, həm də hakimiyyətin opponentləri tərəfdən. Mübahisələrə əsas verən xüsusilə bir neçə məqamdır. Leyla Yunusu ayaqyolunda polis müşayiət etməli idimi, niyə onun həyat yoldaşı bankdan pulunu çıxara bilməyib. Nəhayət həqiqətənmi evində axtarış aparılan zaman götürülən əşyayi-dəlillərə görə saxlanılan şəxsə qol çəkdirməyiblər? Bəri başdan deyim ki, bu məsələlərə münasibət birmənalı deyil.

Məsələn, bir düşərgədə hesab edirlər ki, Leyla Yunusu ən azından qadın polis müşayiət edə bilərdi. Başqa bir düşərgənin təmsilçilərinə görə, polis polisdir. Onun nə qadını, nə kişisi? O qanunun keşiyində durmalıdır, burda söhbət ayaqyolunun qapısı ağzında və yaxud içərisində durmaqdan getmir, hətta gedirsə də, belə bu, yenə də heç nəyi dəyişmir.

Mübahisəyə səbəb olan ikinci məqam Leyla Yunusun həyat yoldaşının bankdan pul çıxara bilməməsilə bağlıdır. Leyla Yunusun özünün dediyinə görə, onların bank hesabında 8741 avro pul olub və Bakını tərk etmək istəyərkən əri bu pulu çıxarda bilməyib. Necə ola bilər ki, adam öz şəxsi hesabından pulunu çəkə bilmir? Baş Prokurorluqdan deyirlər ki, Leyla və Arif Yunusların hesabına heç bir sanksiya tətbiq edilməyib. Sadəcə Arif Yunus özü deyib ki, hesabından pul çıxarmaq istəyib, amma bunu edə bilməyib.

Bu məsələdə mübahisə doğuran daha bir məqamsa, Leyla Yunusun evində və ofisində axtarış apararkən götürülən maddi sübutlara görə, ona hər hansı bir sənədə qol çəkdirməmələri olub. Bunu Leyla Yunus Baş Pokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirildikdən sonra jurnalistlərə açıqlamasında da demişdi.

Prokurorluqda isə düşünürlər ki, Leyla Yunusun evindən və ofisindən bir-iki əşyayi-dəlil götürülüb və bu hal-şahidlərinin müşayiətilə baş verib. Yəni burda hansısa, hüquq pozuntusundan söhbət gedə bilməz.

Yeri gəlmişkən, Leyla Yunus olayında hüququ pozulan biri varsa, o da polis əməkdaşıdır. Ayaq altına düşən təkcə onun furajkası olmadı, o furajkanın üstündəki atributlar da ayaqaltı oldu. Bunu edən hüquq müdafiəçisi xanımdır.




Teqlər:  





Xəbər lenti