“Bu, Azərbaycanın milli təhlükəsizliyi üçün təhdiddir”

“Bu, Azərbaycanın milli təhlükəsizliyi üçün təhdiddir”
  02 May 2014    Oxunub:864
“Azərbaycan beynəlxalq təşkilatlara qarşı addım atmalıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartlar var: “Əlimizdə bunu təsdiq edən materiallar da var. Biz bununla bağlı addım atmalıyıq. Bu, Azərbaycanın milli təhlükəsizliyi üçün təhdiddir”.

Deputat parlementdə birinci qrup əlillərin problemini də qaldırıb:

“28-29 aprel tarixində Masallı da seçicilərimlə görüşdə bir kənddən iki ailə mənə müraciət etdi. Rayonlarda olduğu kimi ümumrespublikada birinci qrup əlillərin sayı çoxdur. Birinci qrup əlillər də məlum olduğu kimi, ailə başçılarıdır. Mənə bildirdilər ki, ailə başçısı yataq xəstəsi olduğu üçün onlara pensiyadan başqa gəlir yerləri yoxdur. Ailəyə heç yerdən başqa qazanc daxil olmur. Təklif edirəm ki, bu məsələyə baxılsın, onların pensiyası artırılsın”,-deyə deputat əlavə edib.

Millət vəkilinin bu fikirlərinə həmkarları Fazil Mustafa və Qənirə Paşayeva da dəstək oldu.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti