Spikerdən tələb: “Minsk qrupu hesabat verməlidir”

Spikerdən tələb: “Minsk qrupu hesabat verməlidir”
  02 May 2014    Oxunub:1430
Milli Məclisin spikeri Oqtay Əsədov ATƏT-in Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib və bu məsələni Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb edib.

AzVision.az xəbər verir ki, spikerin sözlərinə görə, artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat verməlidir:

“Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, mütləq növbəti sessiyalarından birində Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin”, - deyə spiker bildirib.

Spikerin bu təklifi millət vəkilləri tərəfindən dəstəklənib və qəbul olunub.

O.Əsədov çıxışında ATƏT-in Minsk Qrupunun həmsədrlərini də tənqid edib.

“Təzə bir məsələ çıxarıblar, Dağlıq Qarabağla tərəfdaşlıq... Əslində məsələ bu cür qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Hətta bu yaxınlarda ABŞ-da bir tədbir hazırlanmışdı, orada amerikalı həmsədrin də iştirakı gözlənilirdi. Belə hallara yol vermək olmaz”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti