Ziyafət Əsgərov deputatla mübahisə etdi

Ziyafət Əsgərov deputatla mübahisə etdi
  02 May 2014    Oxunub:981
Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərovla deputat Fərəc Quliyev arasında mübahisə düşüb.

AzVision.az-ın məlumatına görə, millət vəkili Fərəc Quliyev qeyd edib ki, deputatlara çıxış etmələri üçün yetərli söz verilmir. Bu zaman Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov onun sözünü kəsib. Z.Əsgərov onu mahiyyəti üzrə danışmağa dəvət edib.

Bundan sonra F.Quliyev daha da kəskin çıxış edib: “Bura notariat kontoru deyil. Hər kəsin çıxış etmək haqqı var. İmkan verin sözümüzü deyək. Ziyafət müəllim, burada hər kəsin öz fikrini bildirmək haqqı var. Siz heç kimin çıxışını kəsə bilməzsiniz. Sizin bizdən heç bir fərqiniz yoxdur. Səlahiyyətlərimiz eynidir. Sadəcə, siz çıxışçılara söz verirsiniz, vəssalam”.-deyə deputat iradını bildirib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti