Zakir Həsənov Libermanla Qarabağı müzakirə edib

Zakir Həsənov Libermanla Qarabağı müzakirə edib
  02 May 2014    Oxunub:1106
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrailin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz da iştirak edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti