Nuşirəvan Məhərrəmlidən ANS-ə ağır ittihamlar

Nuşirəvan Məhərrəmlidən ANS-ə ağır ittihamlar
  02 May 2014    Oxunub:867
“ANS rəhbərliyi qanunverciliyin nə olduğunu bilmir. Onlar yalnız özlərinə lazım olanda qanunvericilikdən, vətənpərvərlikdən danışırlar”.
Bu sözləri Aktual.az-a Milli Televiya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qurumun ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsi ilə bağlı açıqlamasına ANS rəhbərliyinin verdiyi sərt cavaba münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilərin işğalçılıq siyasətinin qurbanı olan Azərbaycan xalqına qarşı bu hörmətsizlik qəbuledilməzdir:

“Bu həssas məsələyə hər bir insan diqqətlə yanaşmalıdır. Yəni belə məsələlərdə insanların hissiyyatı nəzərə alınmalıdır”.

Milli Televiziya və Radio Şurasının sədrinin fikrincə, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsinə qurumun irad bildirməsinə ANS rəhbərliyinin cavabı heç bir məntiqə sığımır:

“Bilirsiz, onların məntiqi ilə yanaşsaq, deməli onda gərək Azərbaycanda erməni filmləri də göstərilsin, malları da satılsın”

Xatırladaq ki, ANS ÇM radiosunda "Qafqazın TOP-20 mahnısı” adlı verilişdə erməni mahnısı səsləndirilməsinə MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirilib: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib"​

Buna cavab olaraq ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib ki, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsində hər hansı problem yoxdur: “Ona qalsa İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin”.


Teqlər:





Xəbər lenti