ANS-in jurnalisti Milli Məclisə buraxılmadı

ANS-in jurnalisti Milli Məclisə buraxılmadı
  02 May 2014    Oxunub:1091
Milli Məclisinin bu gün keçirilən plenar iclasına ANS televiziyasının parlament müxbiri buraxılmayıb.
AzVision.az xəbər verir ki, kanalın operatoru içəri buraxılsa da müxbir, tanınmış jurnalist Ləman Ələşrəfqızı parlamentin binasına buraxılmayıb.

Parlamentdən bildiriblər ki, onun adı siyahıdan çıxarılıb. Qeyd edilib ki, ANS telekanalının 5-6 müxbiri parlamentdə akkreditasiyadan keçib:

`Ləman Ələşrəfqızının fəaliyyəti Milli Məclisi qane etmədiyi üçün onun adı siyahıdan çıxarılıb və rəhbərlik digər müxbirini MM-ə göndərməlidir`.

Qeyd edək ki, L. Ələşrəfqızı ötən iclasda deputatların bir – birlərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlamışdı.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti