Müdafiə Nazirliyi AzVision.az-ın xəbərini təsdiqlədi

Müdafiə Nazirliyi AzVision.az-ın xəbərini təsdiqlədi
  03 May 2014    Oxunub:1157
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti Əmlak Məsələləri üzrə Dövlət Komitəsini məhkəməyə verməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-ın sorğusuna cavab olaraq deyilib: “Əvvəllər Müdafiə Nazirliyi balansında olmuş və sonradan Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş torpaq sahələrinin və həmin sahələrin üzərində yerləşən tikililərin yaranmış zərurətlə əlaqədar Müdafiə Nazirliyinə qaytarılması ilə bağlı Dövlət Komitəsinə müraciət olunub. Hazırda bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır”.

Xatırladaq ki, 1 saylı Bakı İqtisad Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, Müdafiə Nazirliyi (MR) Əmlak Məsələləri üzrə Dövlət Komitəsini məhkəməyə verib. Nazirliyin dövlət komitəsini məhkəməyə verməsinin səbəbi torpaq iddiası ilə bağlıdır. Belə ki, MR dövlət komitəsindən tələb edir ki, nazirliyə məxsus torpaq sahəsi geri qaytarılsın. Məhkəmə prosesinin ilk hazırlıq iclası hakim Müseyib Bayramovun sədrliyi ilə aprelin 29-də keçirilib.


Teqlər:  





Xəbər lenti