Saakaşvili Bakıda həkim müayinəsindən keçib - ÖZƏL

Saakaşvili Bakıda həkim müayinəsindən keçib - ÖZƏL
  03 May 2014    Oxunub:1575
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycana səfəri çərçivəsində Bakının Əhmədli qəsəbəsində olub.

AzVision.az-ın əldə etdiyi məlumatına görə, sabiq prezidentin Əhmədliyə getməsinin səbəbi Bakı Kinoteatrı yaxınlığında yerləşən “Diaqnoz Tibb Mərkəzinə” baş çəkməsidir.

Belə ki, M.Saakaşvili klinikada işləyən LOR ( burun-boğaz həkimi-red) Cərrah Qəmbər Hacıyevlə görüşüb və onun müayinəsindən keçib.

Əldə etdiyimiz digər məlumata görə, Q.Hacıyev 1988-2009-cu illərdə Tiblisi 7 saylı şəhər klinik xəstəxanasında işləyərkən Mixail Saakaşvili onun xəstəsi olub. Bakıya səfəri zamanı sabiq prezident keçmiç həkiminə baş çəkərək müayinədən keçib.

Qeyd edək ki, M. Saakaşvili aprelin 27-də Bakıda keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gəlmişdi. Bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri idi.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti