Deputatlardan Oqtay Əsədova: “Spiker haqlıdır”

Deputatlardan Oqtay Əsədova: “Spiker haqlıdır”
  03 May 2014    Oxunub:1099
Milli Məclisin dünən keçirilən plenar iclasında parlement sədri Oqtay Əsədov deputatları təndiq edib.

Onun sözlərinə görə, millət vəkilləri parlement iclaslarında iştirak etmir və ya iclaslara vaxtından gec gəlirlər:

“Milli Məclisin ayda iki iclası keçirilir. Bura bizim hamımızın iş yeridir. Amma ayda iki dəfə keçirilən iclaslarda deputatlar yarım saat gecikir. Elə biraz bundan əvvəl səsvermə zamanı gördük ki, yetərli səs yoxdur. Bizim başqa nə işimiz var axı? Biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir?

Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli Məclis olan gün iclasdan daha vacib tədbir nədir axı,bir dəfə dinmirik, iki dəfə dinmirik. Gedir tədbirə iclasın yarısına gəlirlər, sonra da bir -iki çıxış edir, yenidən çıxıb gedirlər. Biz özümüz-özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın”.

Millət vəkilləri AzVision.az-a açıqlamasında spikerin səsləndirdiyi iradların haqlı olduğunu bildiriblər.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə spikerin bu iradını normal qəbul etdiyini deyib:

“Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının rəhbər şəxslərindən biridir. O cümlədən Konstitusiyaya görə, dövlətin üçüncü adamıdır. Parlamentin böyük əksəriyyəti isə Yeni Azərbaycan Partiyasını və hakimiyyətin siyasətini dəstəkləyən şəxslərdir. Öz adamlarını, öz partiya yoldaşlarını danlayıblar. Mən bunu normal qəbul edirəm”.

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, hər hansı bir deputat tədbirə gedərkən qabaqcadan spikerdən icazə almalıdır:

“Deputatlarımızın etikası, səviyyəsi var, burada qeyri-adi bir şey yoxdur. Sədrdir, yuxarıdan baxır, yəqin ki müəyyən məsələləri hiss edir və tövsiyyələrini də verdi. Rayonda müəyyən tədbirlər olur. Ola bilərki o zaman deputatlar Mili Məclisə çatmırlar, amma onların hara getməyindən asılı olmayaraq, əsas iş yeri Milli Məclis olduğu üçün, getməmjişdən əvvəl sədrlə razılaşdırılmalı, icazə alınmalıdır. Hesab edirəm haqlı iraddır”.

Millət vəkili Zahid Oruc isə hesab edir ki, dünənki iclas əvvəlki iclaslardan daha fərqli keçib:

“Ümumi tənqid ruhundan asılı olmayaraq, əslində parlamentarizm belə də olmalıdır. Diskussiyalar, debatlar bir-birilə çarpaz baxışlar və s. O ki qaldı spikerin tənqidlərini dilə gətirməsi düşünmürəm ki, bu, hər hansı bir millət vəkilinin üzərində dərs keçmək, onları məktəbcəsinə öyrətmək niyyəti idi. Söhbət parlamentini işinin daha keyfiyyətli qurulmasından, millət vəkilinin adını və statusunun yüksəlməsindən gedir. Real tənqidlərin məzmunu ilə bağlı etiraf etmək lazımdır ki, Milli Məclisdə hazırkı dönəmdə kifayət qədər yüksək bir iş şəraiti yaradılıb. Və bu baxımdan hər mərtəbədə cəmi iki-üç millət vəkilinin əyləşməsi gerçəkliyi qarşısındadır. Bu bir tərəfdən onun sübutudur ki, ikinci iş yerləri müəyyən mənada problemlər doğruldur. Halbuki parlamentin üzvü adı mühüm bir hakimiyyət qolu kimi daha önəmli yer tutmalıdır və o otaqlar dolu olmalıdır. Mən ondan narahatam ki, parlament tam tərkiblə salonda olsun,amma bununla da bizim istəklərimiz və hər hansı bir tənqidlərimiz yenə də öz yrində qalsın. Mən bu iradı faydalı hesab edirəm, bunu xususi olaraq, kiminsə xəbərdarlıq qarşısında qalması, tənbeh edilməsi, danlanması və yaxud da kimi aşağılandırılması kimi səciyyələndirmirəm və elə hesab edirəm ki, bu parlamentin bütövlükdə cəmiyyətin maraqalarının qorunmasına xidmət edir”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə məsələyə münasibət bildirmək istəməyib:

“ Məncə bu,doğru idi, əlavə nə söz deyim? Təbii ki, Milli Məclisin yığıncaqlarında millət vəkilləri daha fəal olmalıdıır. Elə milət vəkili var ki, beş ildə bir dəfə səsi eşidilir, sadəcə qeydiyyatdan kecib, orada oturub, cay içib, siqaret çəkib çıxıb gedir, eləsi də var ki, iclasın tez bitməyini gözləyir. Hər cür millət vəkilləri var. Görünür ki, dünyanın bütün Milli Məclislərində bu, var. Kimisi dinləyir, kimisə çıxış edir. İclasın gedişində səhlənkarlıq olur, bəzən iclasın birinci hissəsində oturanlar ikinci hissəsində olmurlar. Bütün bunların hamısını Oqtay müəllim hamıdan yaxşı görür. Fikrini də bildirib. Bizim burada nə münasibətimiz ola bilər?”.

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafaisə spikerin iradının hamıya şamil edilməyidini qeyd edib. Onun sözlərinə görə, iradlar deputatların hamısına aid olan məsələ deyil, çünki deputatların müəyyən qismi var ki, iclaslarda aktiv iştirak edirlər, səsvermədə də öz mövqelərini bildirirlər:

“Sədrin iradları haqlı idi, amma bununla yanaşı, Milli Məclisdə də elə bir mühit yaranmalıdır ki, deputatlar daha aktiv müzakirədə iştirak etsinlər, çünki burada söhbət müzakirələrdə iştirakdan gedir, orada səsləndirilən məsələlər, onun təbliğatı, Milli Məclisin televiziyasının olmaması parlamentin nüfuzuna təsir edən amillərdən biridir. Bunları həll etmək lazımdır və cəmiyyət göməlidir ki, deputatlar həqiqətən də xalqın problemləri ilə bağlı çox ciddi məsələlər qaldırırlar. Ona görə də iradlar haqlıdır”.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:





Xəbər lenti