Polis arvadını “Odnoklassniki”ə görə öldürüb

Polis arvadını “Odnoklassniki”ə görə öldürüb
  03 May 2014    Oxunub:1144
Bakı şəhər Baş Polis İdarəsi mayın 2-də baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, mayın 2-də H.Zərdabi küçəsində kirayədə yaşayan Kəngərli rayon sakini 36 yaşlı Dilavər Əhmədov arvadı, 25 yaşlı Günay Əhmədovanı əlləri ilə boğaraq öldürüb. Daha sonra o, könüllü olaraq Yasamal rayon Polis İdarəsinə gələrək təslim olub.

Üç uşaq anası olan Günay Əhmədova bir müddət əvvəl “Odnoklassniki”də bir kişi ilə tanış olub. Həmin kişi Günayın keçmiş sevgilisi olub. Sosial şəbəkədə yenidən sevgilisini tapan kişi Günayla münasibət qurub. Bundan bir neçə vaxt sonra Dilavər Əhmədov xəbər tutub. Əvvəllər ər-arvad arasında mübahisə olmayıb. Sonradan da mübahisə bunun üstündə düşüb. Dilavər arvadını xəyanət üstündə boğaraq öldürüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Dilavər Əhmədov bir müddət polis orqanlarında çalışıb.


Teqlər:  





Xəbər lenti