Qamət Süleymanovun müavini saxlanıldı

Qamət Süleymanovun müavini saxlanıldı
  03 May 2014    Oxunub:987
“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb.
Bu barədə APA-ya dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.

Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsindən A.Rəcəbovun saxlanılması təsdiqlənib.

Lakin bu barədə əlavə açıqlama verilməyib.


Teqlər:





Xəbər lenti