Üzvləri Milli Şuranı saymadılar
Onun sözlərinə görə, bəzi üzvlər xaricdə olduğundan, digərləri isə obyektiv və subyektiv səbəblərdən iştirak etmir: “Ancaq yetərsay olduğundan, sessiya səlahiyyətlidir”.
Daha sonra C.Həsənli Milli Şuraya yeni üzvlərin qəbulu məsələsinin sessiyanın gündəliyinə daxil olunmasını təklif edib. Lakin Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil bu təklifə etiraz edərək, qurumun tərkibinin genişləndirilməsinin gərəksiz olduğunu deyib. O, qarşıdan bələdiyyə seçkiləri gəldiyini xatırladaraq, qurumun strukturlarının işləmədiyini vurğulayıb: “Milli Şuranın tərkibinin genişləndirilməsi vaxtından əvvəl qoyulan məsələdir. Milli Şura komissiyalarını, strukturlarını lazımi şəkildə işlədə bilmir. Keçən sessiyada biz bələdiyyə seçkiləri ilə bağlı müzakirə apardıq. Biz seçkilərdə iştirak etməklə bağlı qərara gəlməliyik. Milli Şuranın tərkibinin genişləndirilməsi bizə nə verəcək?”
C.Həsənli isə cavabında may ayının sonunda qurumun seçkilərlə bağlı müzakirəyə başlayacağını qeyd edib (APA).







Vaxtında, Aydın, Lazımlı!


