Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR |
Xatırladaq ki, 44 günlük müharibə zamanı "ordu"ya rəhbərlik etmiş Cəlal Arutyunyana qarşı ittihamlardan biri Tsor hərbi hissəsinin 20 artilleriyaçısının həlak olması ilə bağlı məsələdir.
Müharibə zamanı ağır yaralanan və bu səbəbdən tutduğu vəzifədən uzaqlaşdırılan 47 yaşlı Cəlal Arutyunyana qarşı ittihamın digər hissəsi isə, məhz onun oktyabrın 7-dəki əməlləri nəticəsində erməni birləşmələrinin ağır zərbələr almasıdır. İddia olunur ki, keçmiş "nazir"in əks-hücum əməliyyatı zamanı canlı qüvvə və hərbi texnika itkiləri xeyli artı, ehtiyat bölmələr isə qeyri-döyüş vəziyyətinə düşdü. Nəticədə yeni atəş mövqeləri və torpaqlar Azərbaycanın nəzarəti altına keçib.
Xatırladaq ki, sentyabrın 10-da Harutda öldürülmüş erməni hərbçilərin 30-a yaxın valideyni Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyanla görüşü zamanı da Cəlal Arutyunyanın həbsini tələb etmişdilər. Həmin valideynlərin övladları 2020-ci il oktyabrın 11-də 73 nəfərdən ibarət məşhur bölüyün tərkibində döyüşüblər. Onlar Cəlal Arutyunyanın əmri ilə Ağdərədən artıq Azərbaycanın işğaldan azad etdiyi Hadrut qəsəbəsinə göndəriliblərmiş.
Tural Tağıyev
AzVision.az