Görüş zamanı valideynlər Ermənistan İstintaq Komitəsinin sədrindən Cəlal Arutyunyanın məlum proseslərə təqsirləndirilən şəxs qismində cəlb edilməsini tələb ediblər. Bu məsələ küçə aksiyaları zamanı da irəli sürülüb.
Məşhur fərari komandirə erməni ordusunda vəzifə verilib |
Ağdərədə yerləşən batalyon niyə və kimin əmri ilə 50 kilometr məsafədən Hadrut rayonuna irəliləyib? Bu suala cavab almaq üçün hələ ibtidai istintaq bitməmiş valideynlərdən hər biri öz araşdırmalarını aparıb, nəticə çıxarıb, cinayətkarları tapıb. 19 yaşlı baş çavuş Ananiya Aramyanın atası Samvel Aramyan əvvəlcə uğursuz əməliyyata görə Hadrut diviziyasının komandiri Karen Arustamyanı günahlandırıb. Alayın komandiri Qor İşxanyan Aramyana məlumat verib ki, həmin hərbçilərin yerdəyişmısi əmrini Cəlal Arutyunyan verib. Söhbət zamanı o da deyilib ki, "Karen Arustamyanın çiynində sənin uşağının qanı var". O, Ağdərənin 9-cu kilometrliyində əsgərlərlə görüşməli imiş. Amma gəlməyib. Nəticədə həmin hərbçilər Azərbaycan Ordusunun artıq azad etdiyi ərazilərin dərinliklərinə gedib, orada da məhv ediliblər.
İstintaq Komitəsinin ilkin araşdırması təsdiqləyib ki, əsl günahkar Ağdərə alayının komandiri Qor İşxanyandır. İstintaq komitəsinin rəyinə görə, onun səhlənkarlıq nümayiş etdirdiyi əməllərdə cinayət tərkibi var.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda xeyli sayda yüksək rütbəli zabit və əsgərlərə qarşı cinayət işləri açılıb. Mübahisəli, fərariliyə dair onlarla cinayət işi hələ də davam etdirilir. Əsgər valideynləri isə istintaq proseslərindən narazılıqlarını bildirərək etiraz aksiyaları keçirirlər.
Tural Tağıyev
AzVision.az