İran-Azərbaycan toplantısı keçiriləcək

Onun sözlərinə görə, İran-Azərbaycan Hökumətlərarası Komissiyasının IX iclasına hazırlıq məqsədilə İranın aidiyyatı nazirlikləri və qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda toplantı keçirilib: “İclasda İranın Xarici İşlər, Neft, Energetika, Yollar və Şəhərsalma, Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Mədənlər nazirlikləri, həmçinin Mərkəzi Bank, Ticarət Palatası və “Araz” Azad İqtisadi Zonası Təşkilatının nümayəndələri iştirak ediblər. Toplantıda İranla Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün bir neçə təklif irəli sürüldü”.
M. Pak Ayin həmçinin Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinin uğurlu olduğunu vurğulayıb: “Qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi İranın dövlət siyasətidir. Bu yanaşma da iki ölkənin iqtisadi potensiallarını tanımaq və ondan faydalanmaq üçün əlverişli şərait yaradır”.