SOCAR `Avro-2016`-ya sponsurluq edəcək

SOCAR `Avro-2016`-ya sponsurluq edəcək
  05 May 2014    Oxunub:1230
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR) Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının 51 matçının hamısında SOCAR brendinin görünməsindən sonra UEFA ilə sponsorluq sazişi imzalayacaq.
AzVision.az xəbər verir ki, bu barədə "New Zealand Herald" qəzeti yazıb.

Qəzetdə dərc edilən məqalədə deyilir:

"Sentyabrın 7-dən ARDNŞ-in loqotipi 2016-cı il futbol üzrə Avropa çempionatının, eləcə də 2018-ci il dünya çempionatının təsnifat yarışlarının əksər oyunlarının reklamında olacaq".

Qəzet qeyd edir ki, məsələ burasındadır ki, əgər UEFA 13 şəhər arasında Azərbaycan paytaxtını seçərsə, Bakının 2020-ci il futbol üzrə Avropa çempionatında iştirak edib-etməyəcəyi sentyabrın 19-da bəlli olacaq. AFFA-nın baş katibi Elxan Məmmədov qəzetə müsahibəsində bildirib: "Biz bunu indiki anda nail ola biləcəyimiz ən böyük hədəf hesab edirik".

Onun sözlərinə görə, Azərbaycanda futbolun inkişafına ən yüksək səviyyədə böyük diqqət ayrılır. AFFA-nın baş katibi qeyd edib ki, infrastrukturun, gənclər və qadın futbolunun inkişafını nəzərdə tutan, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafı üzrə Dövlət Proqramı"nın reallaşdırılması davam edir. 2015-ci ilin iyununda Bakıda ilk Avropa oyunları keçiriləcək. Oyunlar Bakının və Mingəçevir rayonunun bir sıra idman komplekslərində baş tutacaq. Ən iri idman kompleksi (Bakı Olimpiya stadionu) təxminən 68 min tamaşaçı qəbul edəcək. "Bakı-2015" ilk Avropa Oyunlarının açılışı 2015-ci il, iyunun 12-də, bağlanışı iyunun 28-də keçiriləcək. Oyunların qonaqlarının sayı 54 min nəfər olacaq.

Məmmədov qəzetə müsahibəsində onu da bildirib ki, Azərbaycan tədricən Avropanın idman mərkəzinə çevrilə bilər. (Xeberdar.az)


Teqlər:  





Xəbər lenti