İlham Mirzəyevin elmi işi saxta çıxdı

Sual oluna bilər: Mədəniyyət və İncəsənət Universiteti hara, psixologiya hara?
Haqlı sualdır. Bildirilir ki, İ.Mirzəyevin elmi işi saxtadır. O, bu işi başqasına yazdırıb və alimlik dərəcəsi alıb. İlham Mirzəyev həbs olunana qədər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri” şöbəsinin böyük elmi işçisi vəzifəsini daşıyıb.
Qəzetin redaksiyasına məlumat verən mənbə deyir ki, belə bir şəxsə psixologiya üzrə alimlik dərəcəsi almağa köməklik göstərənlər əslində elmimizi rüsvay edən adamlardır.
“İlham Mirzəyev psixologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldıqdan sonra falçılığa başladı. Bu elmi dərəcə çox adamı çaşdırdığından onlar İlham Mirzəyevə üz tuturdular. O isə məharətlə bu adın arxasında gizlənə bilirdi” - deyə mənbə bildirir.
Qeyd edək ki, aprelin 12-də Nərimanov Rayon Məhkəməsində teleaparıcı İ.Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib və məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. O, dələduzluqda ittiham olunur.("Yeni Müsavat")