Elmar Vəliyev daha bir ulduzu Gəncəyə gətirir

Elmar Vəliyev daha bir ulduzu Gəncəyə gətirir
  05 May 2014    Oxunub:1692
Bu il Gəncədə keçiriləcək “Gül bayramı”na Türkiyənin iki məşhur müğənnisi dəvət edilib.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, məşhur pop müğənniləri Mustafa Ceceli və Hadisə Gəncədə təşkil olunacaq konsertdə çıxış edəcək.

Səhnəyə ilk olaraq, Mustafa Ceceli sonra Hadisə çıxacaq.

Qeyd edək ki, keçən ildən fərqli olaraq bu ilə bayram şənlikləri Heydər Əliyev park-kompleksində 7 may tarixində keçiriləcək. Park-kompleksin girişindən, yəni, “Zəfər Tağı” abidəsindən başlayaraq düzulmuş xüsusi pavilyonlarda əl işləri sərgilənəcək, hər tərəf güllə bəzədiləcək. Şəhərin ən böyük 50 dən artıq təşkilatı bu bayramda təmsil olunacaq.

Əvvəlcədən elan olunmuş xüsusi nominassiyalar üzrə 1-ci, 2-ci və 3-cü yeri tutan təşkilatlar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqlar.

Gəncə Şəhər İcra Hakimiyyətinin Heydər Əliyevin doğumunun 91 illiyi münasibəti ilə təşkil etdiyi konsert AzTv tərəfindən canlı yayımlanacaq.


Teqlər:





Xəbər lenti