Leyla Yunus ifşa edildi- BƏYANAT

Leyla Yunus ifşa edildi- BƏYANAT
  05 May 2014    Oxunub:1005
“Azadlıq Hərəkatçıları” İctimai Birliyi başaBəla “Hüquq Müdafiəçisi” Leyla Yunusun Anti-Azərbaycan fəaliyyəti ilə bağlı Bəyanat verib.

AzVision.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan xalqı əsrlər boyu apardığı qanlı mübarizələrin məntiqi nəticəsi olaraq ötən əsrin sonlarında öz müstəqilliyinə qovuşdu. Tarix üçün o qədər də böyük zaman kəsiyi hesab edilməyən, cəmi 22 illik müstəqillik dövrü ərzində dünyada anoloqu olmayan bir inkişaf mərhələsi keçən Azərbaycanın uğurları həm vətənpərvər ölkə vətəndaşlarını, həm də ölkəmizdən kənarda yaşayan hər bir Azərbaycansevər insanı həddsiz sevindirir və qəlbləri qürur hissi ilə doldurur.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, əldə olunan bu uğurlar eyni zamanda həm ölkə daxilində, həm də xaricdə inanılmaz dərəcədə qısqanclıqla, bəzi hallarda düşmənçilik hissi ilə qarşılanır. Nə yazıqlar ki, bəd əməllərinin nəticəsində özlərinin çətin durumda qalacaqlarını bildikləri halda, bu cür üzdəniraq insanlar və təşkilatlar Azərbaycan dövlətçiliyini sarsıtmağa, ölkəmizin inkişafına hər vasitə ilə mane olmağa yönələn fəaliyyətlərindən əl çəkmirlər. Bu gün həm xaricdə, həm də daxildə müstəqil Azərbaycan əleyhinə fəaliyyət göstərən fərd və təşkilatları ətrafında cəmləməyə çalışan, öz fəaliyyətinə “demokratiya”, “insan haqqları” donu geyindirməklə, əslində ölkəmizə qarşı açıq-aşkar düşmən fəaliyyəti göstərən Leyla Yunusun əməlləri bu baxımdan dözülməz həddə çatıb.

Bu başabəla “hüquq müdafiəçisinin” hələ müstəqilliyimizin ilk illərində (1992-1993-cü illərdə) gənc Respublikanın Müdafiə Nazirliyində əldə etdiyi məsul vəzifədən istifadə edərək, Ermənistan tərəfə ən ciddi hərbi məlumatları ötürdüyü hər kəsə məlumdur.

Bu “xidmətinin” nəticəsi idi ki, 1994-cü ildə Müdafiə Nazirliyindəki vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Ermənistanın xüsusi kəşfiyyat orqanları, birbaşa Ermənistan Milli Təhlükəsizlik Naziri ilə yaxın münasibətlər qurmuşdur. 2004-cü ildə erməni dostu Yunus Davidin vasitəsilə Ermənistan Tədqiqatçı Jurnalistlər Təşkilatından iki dəfəyə 50.000 avro qrand aldığı hər kəsə məlumdur. Əldə edilmiş dəqiq məlumatlara görə, bunun müqabilində Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatları üztə Leyla Yunus Azərbaycanda milli zəmində nifaqlar salınmasını, etnik qarşıdurmalar yaradılmasını təşkil etməli idi. L.Yunus Ermənistanın “Region” Araşdırma Mərkəzi ilə də birgə layihə həyata keçirərək, “İctimai Dioloqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar kompaniyası” aparmaqdan çəkinməyib.

Halbuki həmin saytda separatçı “DQR” “müstəqil dövlət” kimi qələmə verilir. Özü kimi milli xəyanətkar Əkrəm Əylislinin məlum cızmaqarasını da ilk müdafiə edən L.Yunus, Almaniyanın Esslingen Neçkar şəhərində keçirilən konfransda bunu fəxrlə bəyan edib. L.Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə də sıcaq əlaqələrinin olduğu mətbuatdan yaxşı məlumdur.


O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Arteri Servis” və “Haydro Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan cəsus materialları da yayıb.

Son vaxtlar Ermənistanla separat əlaqələr saxlayan, bu ölkəyə Azərbaycanın dövlət sirrlərini ötürən, vətənə xəyanət faktı ilə cinayət başında yaxalanan Rauf Mirqədirovun medafiəsinə qalxan da məhz Leyla Yunus və onun çaldığı havaya oynayan bəzi üzdəniraq siyasi müxalifət nümayəndələridir.

Sual olunur: “Ermənistandan və Qarabağdan qovularaq səfil həyat yaşamağa məcbur edilən milyonlarla azərbaycanlının hüquqları ilə bağlı, eləcə də BMT və digər beynəlxalq qurumlar tərəfindən tanınmış ərazisinin 20%-i işğal olunan müstəqil Azərbaycanın haqq səsi ilə bağlı heç zaman, heç bir beynəlxalq qurumda bir kəlmə də olsun danışmayan Leyla Yunus, nədən Rauf Mirqədirov və onun kimilərinə toxunan kimi səsi aləmi götürür?

Bu fakt kifayətdir ki, L.Yunusun Azərbaycan xalqına və dövlətinə nifrətinin həddini başa düşək. Hər kəsə məlum olan erməni qohumluğu, artıq onu “erməniləşdirmişdir” desək, yəqin ki, yanılmarıq. “Azadlıq Hərəkatçıları” İctimai Birliyi bütün yuxarıda qeyd olunan və qeyd olunmayan saysız-hesabsız əməllərinə görə L.Yunusun hələ də Azərbaycanda sərbəst gəzib-dolaşmasını, anti-azərbaycan fəaliyyətini açıq şəkildə davam etdirməsini, düşmənlərimizdən aldığı qrandlar hesabına Azərbaycanın inkişafına hər vəchlə mane olmaq cəhdlərini qətiyyətlə pisləyir və bütün vətənpərvər insanları Leyla Yunus və onun kimilərə qarşı vahid mövqe nümayiş etdirməyə çağırır. “Azadlıq Hərəkatçıları” İctimai Birliyi Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının Leyla Yunus və onun kimilərə qarşı nümayiş etdirdikləri loyal mövqeni anlamadığını və belə mövqenin Azərbaycanın inkişafına ciddi zərbələrə səbəb ola biləcəyini də bəyan edir.

Ümid edirik ki, nəhayət hüquq-mühafizə orqanları Azərbaycan Respublikası Qanunlarının bütün gücündən istifadə edərək, Leyla Yunus və onun kimiləri barəsində qəti addımlar atacaqlar. Bəyənat “Azadlıq Hərəkatçıları” İctimai Birliyi İdarə Heyətinin 29 aprel 2014-cü il tarixli toplantısında qəbul edilib”.



Teqlər:  





Xəbər lenti