`Türkiyədən başqa normal qonşumuz yoxdur`

`Türkiyədən başqa normal qonşumuz yoxdur`
  05 May 2014    Oxunub:1052
`Azərbaycan torpağlarını işğaldan azad edə bilər. O zaman ki, Azərbaycanın həddindən çox güclü ordusu olsun`.

AzVision.az xəbər verir ki, bu sözləri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə çəkilmiş, Füzuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O, vurğulayıb ki, Azərbaycan ordusu qarşısında güclü rus ordusu dayanır:` İndi dünyada ədalətsizlik hökm sürür. Məhz buna görə ölkə prezidenti düzgün yol seçib. Belə ki, ölkəmizin iqtisadiyyatı, ordusu gücləndirilir ki, Ermənistan çirkin niyyətindən əl çəksin`.

Əli Həsənov həmçinin vurğulayıb ki, Türkiyədən başqa normal qonşumuz yoxdur: “Hamının gözü bura dikilib, hamı istəyir ki, sərvətlərimizdən bəhrələnsin. Azərbaycanın müstəqilliyini saxlamaq çox çətindir, bu, Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində mümkün olub”.

AzVision.az




Teqlər:  





Xəbər lenti