Fazil Məmmədov 21 nəfəri işdən çıxarıb

Fazil Məmmədov 21 nəfəri işdən çıxarıb
  05 May 2014    Oxunub:1219
Vergilər Nazirliyinin 21 əməkdaşı işdən azad edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyi İnsan resursları idarəsinin rəisi Faiq Şahbazov məlumat verib.

Bildirib ki, artıq yaşı 40-a çatmamış əməkdaşların sayı ümumi işçilərin sayının yarısından çoxdur: “2014-cü il yanvarın 1-dən bu günədək Vergilər Nazirliyi sistemindən 21 nəfər əməkdaş işdən azad olunub.

Bunlardan 14 nəfəri öz ərizəsi ilə, iki nəfər isə işdə yol verdiyi nöqsanlar səbəbi ilə xidmətdən azad edilib. Yerdə qalanlar isə vəfat etmə və əmək müqaviləsinin bitməsi kimi məsələlərlə əlaqədar vəzifəsindən azad edilib.


Teqlər:  





Xəbər lenti