Tağı Əhmədov danışdı: “Heç nə bilmək istəmirəm”

Məlumatda o da deyilir ki, metropolitendə əsasən Tağı Əhmədovun qohumları və yaxın adamları çalışır. Yoxlamalarla paralel onların işdən çıxarılması prosesi də gedir. Tağı Əhmədovun yaxın qohumu olan rəisi müavini Arif Rəsulov işdən çıxarılıb.
Bu iddialara aydınlıq gətirmək üçün T.Əhmədovla əlaqə saxladıq. Keçmiş rəis “Yeni Müsavat”a lakonik şəkildə “Bu barədə heç nə bilmək istəmirəm, vəssalam” deyərək telefonu qapatdı.