Elşad İskəndərovu Səyyad Aran əvəzləyir

“Komitənin əsasnaməsinə görə sədrin səlahiyyətlərini müvəqqəti olaraq mən icra edirəm”.
Komitənin fəaliyyətinə gəldikdə, Səyyad Aran bildirib ki, heç bir problem yaranmayıb, hər kəs işi ilə məşğuldur: “Heç kəs işindən azad edilməyib. Hamı öz yerindədir. Bütün işlər də qaydasındadır”.
Qeyd edək ki, Mayın 2-də prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tutduğu vəzifədən azad edilib.
Teqlər: