İlk qəbul imtahanının nəticələri AÇIQLANDI

İlk qəbul imtahanının nəticələri AÇIQLANDI
  05 May 2014    Oxunub:1008
28 abituriyent maksimum 30 balı toplayıb

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, nəticələr yaxın saatlarda TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.

İmtahanında 15 və daha çox bal toplayan abituriyentlər “məqbul” la qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək hüququ olan 8215 abituriyentdən 288 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 7927 abituriyentdən 7211 nəfəri qeyd olunan müsabiqə şərtini ödəmiş və “məqbul” qiyməti almışlar. 28 abituriyent təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə (30 bal) göstərib.

İmtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2014-ci il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü il mayın 4-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

İmtahan nəticələri ilə abituriyentlər BURADAN tanış ola bilərlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti