Azərbaycanda bank müdiri həbs edilib

Azərbaycanda bank müdiri həbs edilib
  05 May 2014    Oxunub:975
Bank müdiri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Royalbank” Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla cəmiyyətin Biləsuvar filialının müdiri Ramiz Əsədovun qulluq mövqeyindən istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub rayon sakinləri tərəfindən ödənilmiş 476 min 370 manat məbləğində kredit borclarını onların bankdakı hesablarına mədaxil etməyərək külli miqdarda əmlakı ələ keçirməklə “RoyalBank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti