Abel Məhərrəmov BDU-da maaşları artırdı

Abel Məhərrəmov BDU-da maaşları artırdı
  05 May 2014    Oxunub:1154
BDU-nun 400-ə yaxın əməkdaşının maaşı artırılıb.

Son illər Bakı Dövlət Universiteti əməkdaşlarının əmək şəraitinin və rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir.

BDU-nun Mətbuat və İnformasiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə”2010-cu il 10 fevral tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli Qərarının icrasını təmin etmək və BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə yaradılmış komissiyanın rəyini nəzərə alaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin 01 fevral 2013-cü ildən etibarən aylıq vəzifə maaşları artırılıb.

Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın müvafiq bəndinə uyğun olaraq, BDU rektoru maaşların differensasiyalı artımı ilə baglı 31 mart 2014-cü il tarixində əmr verib. Əmrə əsasən, BDU professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurasının sədri və fakültə Həmkarlar Təşkilatı sədrinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 01 aprel 2014-cü il tarixindən etibarən cari ilin sonunadək 100 manat artırılıb. Növbəti il eyni göstəricilər əsas götürməklə kafedra əməkdaşları arasında yenidən seçim aparılacaq.

Eyni zamanda, BDU-da idarəetmənin daha da optimallaşdırılması və inzibati-idarəetmə struktur rəhbərlərinin stimullaşdırılması məqsədilə rektorun başqa bir əmrinə əsasən struktur rəhbərlərinin maaşlarında da müəyyən artımlar edilib.

Artım ümumilikdə universitetin 400-dən artıq əməkdaşına şamil edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti