Deputatın vəzifəyə gətirilən oğlu - DOSYE

Deputatın vəzifəyə gətirilən oğlu - DOSYE
  05 May 2014    Oxunub:1236
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib.

Belə deyə bilərik ki, Tapdıq Əmiraslanovun adı mətbuatda ilk dəfə idi ki, səslənirdi.

AzVision.az millət vəkilinin oğlu barədə bəzi məlumatlar əldə edib. Verilən məlumata görə, o Amerika Birləşmiş Ştatlarında iqtisadiyyat sahəsi üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət Dünya Bankında çalışıb.

Azərbaycana qayıdan T.Əmiraslanov İqtisadi İnkişaf Nazirliyində, daha sonra isə Maliyyə Nazirliyində fəaliyyət göstərib.

Bu günə kimi isə Fövqəladə Hallar Nazirliyində işləyib.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  



Xəbər lenti