“Qız qalası” festivalı keçiriləcək - VİDEO

“Qız qalası” festivalı keçiriləcək - VİDEO
  05 May 2014    Oxunub:2335
5-ci “Qız Qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək.
Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" incəsənət qalereyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 7-9 may tarixlərində İçəri Şəhərdə “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək.

2010-cu ildə başlanan, üç il ardıcıl Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalının bu il beşincisi gerçəkləşdiriləcək. Ənənəvi olaraq Ümumilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən builki 5-ci Festival İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunacaqdır. Azərbaycan memarlğının incisi, xalqımızın zəngin mədəniyyətinin və beynəlxalq tarixi irsin nümunələrindən biri olan Qız qalası həm də mədəniyətlərarası dialoqun zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli vasitədir. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Bu il festivalda dünyanın 27 ölkəsindən 29 tanınmış rəssamın iştirak edəcəyi gözlənilir.




Teqlər:  





Xəbər lenti